Bakı mərkəzində yol hərəkətində dəyişiklik – Cərimələnə bilərsiniz - Video

Bakı mərkəzində yol hərəkətində dəyişiklik – Cərimələnə bilərsiniz - Video Hadisə

Bakı şəhərinin Yasamal rayonu ərazisində yol hərəkətinin təşkili dəyişdirilib.

News24.az xəbər verir ki, Cəfər Cabbarlı küçəsinə velosiped zolağı çəkildikdən sonra yolda yeni xətlənmə və nişanlanma işləri aparılıb.

Belə ki, Zivərbəy Əhmədbəyov küçəsindən dairəyə dönərək İzmir prospektinə doğru hərəkət qadağan edilib. Həmin zolaqlardan yalnız üzü Cəfər Cabbarlı küçəsinə doğru hərəkət etmək mümkündür.

Vətəndaşlardan biri ərazidə çəkiliş apararaq sürücüləri dəyişikliklər barədə məlumatlandırıb və məlumatsız sürücülərin cərimə oluna biləcəyini bildirib.

Yaşar Araz