Zakir Həsənov “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ZİYARƏT EDİB
    • 3-07-2019, 18:40
    • 667

Zakir Həsənov “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ZİYARƏT EDİB

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də bir sıra tədbirlərdə iştirak ediblər.

Nazirliyin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Şöhrət kurqanı” və “Xatın” memorial kompleksini ziyarət edərək abidələr önünə çiçəklər qoyublar.