-
- 4-07-2019, 11:52
- 836
Kürdəxanıda 60.5 km uzunluğa malik küçədə təmir işləri APARILIB - FOTO
Kürdəxanıda 60.5 km uzunluğa malik küçədə təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, Sabunçu rayonu üzrə 12 mindən artıq əhalisi olan Kürdəxanı qəsəbəsində küçələrin vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün təxirəsalınmaz tədbirlərə start verilib.
Nəticədə qısa müddət ərzində sözügedən yaşayış məntəqəsində vətədaşların əsas istifadə etdiyi lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və sosial obyetlərin yerləşdiyi 60.5 km uzunluğa malik olan 101 küçədə təmir-bərpa işləri aparılıb, 302 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Sözügedən küçələrdə təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 351 min kv.m sahədə, ümumi uzunluğu 70.2 km təşkil edən 122 adda küçənin bərpası işləri nəzərdə tutulub.
Nəzərdə tutulan digər küçələrdə bərpa işləri davam etdirilir.