Həcc ziyarəti üçün sənəd qəbulu iyulun 20-də bitir
    • 4-07-2019, 14:02
    • 1 143

Həcc ziyarəti üçün sənəd qəbulu iyulun 20-də bitir

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müəyyən edilən 1440 nəfərlik kvota dolmaq üzrədir.

Bu barədə News24.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, Həcc ziyarəti üçün artıq 1300 nəfər müraciət edib.
Onların 60 faizi kişilərdir. Hazırda sənədlərin qəbulu prosesi davam edir.
Zəvvarların Həcc ziyarəti üçün sənəd qəbulu iyulun 20-də bitir.

Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

Afaq Mirayiq