-
- 21-08-2019, 14:21
- 722
Zəvvarların ilk qrupu artıq Bakıdadır - FOTOLAR
Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu artıq Bakıdadır.
Bunu News24.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Nəcəfov bildirib.
Onun sözlərinə görə, zəvvarlar bu gün saat 10:00-da yola düşüb: «Artıq Heydər Əliyev adına Hava Limanına çatmışıq. Zəvvarlarımız özünü yaxşı hiss edir.
Mədinədən çıxan sonuncu təyyarə də avqustun 25-i saat 21:00 radələrində Bakıya olacaq».
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.
Afaq Mirayiq