Özünüzü "Ağacdələn”in təkliflərindən qoruyun
    • 3-07-2018, 17:30
    • 2 088

Özünüzü "Ağacdələn”in təkliflərindən qoruyun

Həyatınız boyu yəqin ki, bir çox təkliflərlə qarşılaşmısınız.

Onlardan bəzilərini məmnuniyyətlə, bir çoxlarına isə bəlkə də çıxılmaz vəziyyətdə olduğunuz üçün qəbul etmisiniz.

Elə Ağacdələn də təklif etməyi sevir, lakin əminliklə deyə bilərik ki, onun  etdiyi təkliflərlə ömrünüzdə rastlaşmamısınız. 

Misal üçün qızının porno videosunun yayılmaması müqabilində xəstənin kəsilməli olan sağ ayağının yerinə sol ayağın kəsilməsi təklifi Ağacdələn üçün normal bir təklifdir. 

Düşündürücüdür elədeyilmi? Bu oyun və ya tapmaca deyil. Aktyor Kamran Ağabalayevin “Ağacdələn” filmindən sadəcə çox kiçik bir hissədir. Ekran işinə K.Ağabalayevlə yanaşı Vüsal Əhmədzadə quruluşçu rejissorluq edib. Quruluşçu operator isə Orxan Məmmədovdur.

Ekran işi psixoloji-triller janrındadır. Filmdə baş rolları əməkdar artistlər Sənubər İsgəndərli, Qurban İsmayılov, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elcan Rəsulov, Elvin İbra, Zarina Qurbanova və filmin müəllifi Kamran Ağabalayev bölüşüb. 

“Niyə məhz Ağacdələn?” sualının isə hələki cavabı yoxdur. Lakin Ağacdələn quşunun meşələrdə təmizlik işinə baxmadığını nəzərə alsaq, o zaman ekran işi ilə bağlı müəyyən fikirlər formalaşdırmaq mümkündür.

"Ağacdələn" haqda ən son xəbərləri https://www.facebook.com/agacdelenfilm/ səhifəsindən oxuya bilərsiniz.

Teymur Məmmədov