-
- 2-10-2019, 18:33
- 1 082
"Oğlum sual verir, cavab verə bilmirəm..." - KAMRAN AĞABALAYEV - VİDEO
"Əminliklə filmimizin seviləcəyini deyə bilmərik. Baxmayaraq ki, bizdə biraz böyük-böyük danışmağı sevirlər. Əlimizdə olan imkanlarla film çəkmişik. Burada rol alanların hər biri təmənnasız çəkiliblər. Mövzu hər kəsə tanışdır. Biz hər zaman günahkar axtarırıq. Bəlkə elə günahkar özümüzük? Güzgüdə hər kəs özünü tapa bilər. Ən başda özüm olmaqla, çünki o hadisələrdə hər birimiz günahkar olmuşuq. O, hadisələr bu gündə davam edir. Bir sözlə danışmağa sözümüz olduğundan bu filmi çəkdik".
News24.az bildirir ki, bu sözləri aktyor Kamran Ağabalayev çəkildiyi "Ağacdələn" filminin qala gecəsində söyləyib. O, bildirib ki, onların filmində açıq-aydın mesaj var: "Düşünmürəm ki, filmlər maarifləndiricı xarakter daşımalıdır, ya da ki, xüsusi mesaj ötürən olmalıdır. Film sənət naminə çəkilir. Bu vacib deyil, amma "Ağacdələn"də mesajımızı vermişik. Hər şeyi insanların üstünə yıxırıq, amma düşünmürük ki, burada başqa qüvəllərdə günahkar ola bilərlər. İstəyirəm ki, layihəmiz davamlı şəkildə olsun".
Aktyor növbəti "Ağacdələn" filmini intihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevaya həsr edəcək. Ağabalayev bu barədə jurnalistlərin suallarını cavablandırıb: "Elina haqqında çəkmək istədiyimiz filmin əsas mahiyyəti ondan ibarətdir ki, insanlar problem yaşayanda danışmağı, dərdləşməyi bacarmalıdırlar. Danışmaq istəyirik, amma yanımızda heç kim olmur. Nə həyatda, nə də ki, filmdə heç kimi günahlandırmıram. Bu hadisənin özündə ən böyük zərbəni oğlum alıb. Sual verir, cavab verə bilmirəm. Bundan böyük zərbə yoxdur. Hər kəs bu hadisəyə başqa prizmadan baxır, amma əslində burada əsas problem danışa bilməməkdir. 35 ildir dostluq etdiyim insanlar, məhlə uşaqları, həyat yoldaşım, uşaqlarım var ki, onlarla dostluq edib, rahat söhbət edə bilirəm. 32-33 yaşa qədər dinləməyi bacarmırdım, indi isə əksinə..."
Kamran Ağabalayev onu da vurğulayıb ki, "Ağacdələn" filmindən lazımlı vəsait toplanılmasa, aktyor Elina ilə bağlı olan layihəsini şəxsi büdcəsi hesabına reallaşdıracaq.
Sevda Bayramova
Video: Fərid Şabanov