-
- 15-07-2024, 16:12
- 351
Pakistan onun partiyasını qadağan etdi
Pakistanın informasiya naziri Attaullah Tarar bazar ertəsi bildirib ki, keçmiş baş nazir İmran Xanın Pakistan Ədalət Hərəkatı (PTI) partiyası qadağan olunacaq.
News24.az xəbər verir ki, nazir açıqlamasında "Keçmiş Baş nazir Xanın partiyasının qadağan edilməsi məsələsi Nazirlər Şurasına, lazım gələrsə, Ali Məhkəməyə də çıxarılacaq" deyib.
PTI ölkənin ən böyük müxalifət partiyasıdır.
Qeyd edək ki, ölkənin ən böyük müxalifət partiyasını hədəf alan bu addım Pakistanın siyasi mənzərəsində böyük dəyişiklikləri təmsil edir.
Günel Məlikzadə