Barışdılar: “Aramızda anlaşılmazlıq olub”
    • Dünən, 22:43
    • 156

Barışdılar: “Aramızda anlaşılmazlıq olub”

Əməkdar artist Nigar Şabanova aparıcısı Zümrüd Bədəlova ilə barışıb.

News24.az olay-a istinadla xəbər verir ki, barışıq “Gün ortası” verilişində baş tutub.

Müğənni bildirib ki, Zümrüdlə aralarında anlaşılmazlıq olub:

“Uzun zaman sonra xoş gördük. Olur da, hamının arasında söz-söhbət olur. Əsas odur ki, sözü elə deyəsən ki, sabah üz-üzə gələndə barışmağa yer qoyasan. Düşünürəm ki, aramızda anlaşılmazlıq olmuşdu”.

Zümrüd Bədəlovanın Nigar Şabanovadan inciməsinə səbəb Nigarın boşanma xəbərini birinci ona söyləməməsi, bu barədə proqramda danışmaq istəməməsi olub. Bundan sonra Nigar qonaq olduğu digər verilişlərdə həm şəxsi həyatından danışıb, həm də Zümrüdlə bu mövzuya görə küsülülüyünü dilə gətirib.