Balaəli həmkarına əsəbləşdi: “O sözü dilinə gətirirsə..."
    • Bu gün, 12:24
    • 99

Balaəli həmkarına əsəbləşdi: “O sözü dilinə gətirirsə..."

Meyxanaçı Balaəli Maştağalı həmkarı Orxan Lökbatanlıya əsəbiləşib. 

News24.az xəbər verir ki, buna səbəb Orxan Lökbatanlının hazırda ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam üçün dediyi sözlər olub. Onun yardım üçün meyxanaçılara etdiyi müraciət birmənalı qarşılanmayıb. Buna görə Balaəli canlı yayımda həmkarına qarşı sərt ifadələr işlədib:

“Mən yaxşılıq da edən də, pislik də edən də bir mən bilərəm, bir də Allahım. Deyir, sürdüyüm maşından utanaram, belə də ki, sat maşınını. Eləməsin yaxşılıq? Özün bil, Allahın bilsin. Biz guya Xəyyamı istəmirik? Bizim dostumuzdur, Xəyyam. Mən Xəyyam üçün 5 manat da atsam, 5 milyon da atsam, dilimə gətirmərəm. 

Məni tanıyanlar yaxşı bilir, başqa adamların vasitəsilə yaxşılıq etmişəm, demişəm, adımı çəkməyin. Moskvada idim mən, 3 gündür gəlmişəm, onun qulluğunda nə lazımdırsa, hazıram, balaca qardaşı kimi ayaqlarını yuyaram. Əgər, söhbət sırf puldan gedirsə, onu dilə gətirirsə, heç yaxşı adam deyil. 

Mən buradan deyirəm bu sözü, söhbət meyxanaçıdan getmir, ümumiyyətlə, yaxşılıq edirəmsə, Allahdan başqa heç kim bilməsin. Savabı o biri dünya üçün qazanmaq lazımdır. Mən düzə düz adamam. Bu sözləri Orxana demirəm, ümumiyyətlə deyirəm. Nəyi səhv deyirəmsə, deyin. Kim nə bilir ki, yardım üçün karta Cahankeşt nə qədər pul yollayıb, yaxud Oqtay Kamil nə qədər pul göndərib? Hamının adından danışmaq olmaz. Kiməsə sözün var, ad çək. Ümumiyyətlə, son dövrlər bəziləri adımı çəkmir, ancaq söz atır. Bacarırsınız, adımı çəkin”.

Qeyd edək ki, Balaəli onu da deyib ki, Orxan Lökbatanlı ilə münasibətlərin çox yaxşıdır.

Ağa Dadaşzadə