-
- Bu gün, 13:46
- 48
“Beşiktaş”ın futbolçusu zədələnib
Türkiyənin “Beşiktaş” komandasının futbolçusu Qabriel Paulista sıradan çıxıb.
News24.az xəbər verir ki, Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə oyunda (1:3) zədələnən 35 yaşlı müdafiəçi 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Braziliyalı futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.