Abşeronda Məktəbdə yanğın - 4 nəfər təxliyə olundu
    • 2-12-2024, 11:09
    • 214

Abşeronda Məktəbdə yanğın - 4 nəfər təxliyə olundu

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.