-
- Dünən, 12:33
- 163
Qvardiola nüfuzunu itirməkdə davam edir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola karyerasının ən ağır günlərini yaşayır.
News24.az xəbər verir ki, titullu mütəxəssis bu günə qədər qazandığı uğurları məğlubiyyətləri ilə "xərcləyir". Eyni zamanda, Qvardiolanı təndiq edən insanların sayı da durmadan artır.
Artıq böyük kütlə sosial şəbəkələrdə onu "şoumen" adlandırırlar.
Mütəxəssislər isə bildirirlər ki, bu vəziyyət çox davam edə bilməz. Çox güman, yaxın günlərdə Pep vəzifəsini itirəcək.
Qeyd edək ki, "Mançester Siti" son 7 görüşün 6-sında uduzub, 1 görüşdə heç-heçə edib.
Ağa Dadaşzadə