Xalq artisti qonşusunun torpağını mənimsədi
    • Dünən, 21:00
    • 136

Xalq artisti qonşusunun torpağını mənimsədi

SSRİ Xalq Artisti Sofiya Rotaru qonşusunun torpaq sahəsini mənimsəyib.

News24.az söz.az-a istinadla xəbər verir ki, Yaltada yerləşən bağın 15 sot torpaq sahəsi var. 

Müğənni əmlakı 65 milyon rubla satmaq qərarına gəlib, lakin kadastr göstərib ki, sənətçi qonşusuna məxsus 28 kvadratmetrlik sahəsini mənimsəyib. 

Mənimsənilən torpaq sahəsi məhkəmə yolu ilə sahibinə qaytarılıb. 

Rotaru evi və torpağı oğlunun adına yenidən rəsmiləşdirib. 

İndi bağ üçün yeni sənədlərlə alıcı axtarılır. 

Qeyd edək ki, noyabrda Sofiya Rotaru Moskvadakı üç otaqlı mənzilini də satışa çıxarıb.