Hər gün nar yesək nə olar?
    • 2-12-2024, 13:33
    • 311

Hər gün nar yesək nə olar?

Nar dadı, yüksək antioksidant tərkibi və sağlamlığa müsbət təsirləri ilə tanınır. Ənənəvi təbabətdə də geniş istifadə edilən bu meyvə immunitet sistemini dəstəkləyən xüsusiyyətləri ilə diqqət çəkir.

News24.az xəbər verir ki, K vitamini qan laxtalanmasını tənzimləyərək sümük sağlamlığının qorunmasında rol oynayır.

Yaxşı, hər gün nar yesəniz nə olar?

  1. Nar tərkibindəki fol turşusu (vitamin B9) ilə hüceyrə yenilənməsini və DNT sintezini dəstəkləyir, xüsusilə hamiləlik dövründə əhəmiyyətli bir qida qaynağıdır. Kaliumla zəngin olan nar ürək və əzələ sağlamlığını qorumağa kömək edir, həmçinin bədəndəki maye balansını tənzimləyir.
  2. Nar tərkibindəki yüksək miqdarda C vitamini və antioksidantlarla immunitet sistemini dəstəkləyir. Sizi xəstəliklərə, xüsusilə soyuqdəymə və qripə qarşı daha davamlı edir.
  3. Nar ən güclü antioksidant mənbələrindən biridir. Tərkibindəki punikalaginlər və antosiyaninlər sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alaraq orqanizmdə oksidləşdirici stressi azaldır. Bu sayədə immunitet sistemini dəstəkləyir, qocalma əlamətlərini gecikdirir və xroniki xəstəliklərdən qorunmağa kömək edir.
  4. Nar tərkibindəki polifenollar və antioksidanlar sayəsində bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir. Xüsusilə prostat və döş xərçəngi ilə bağlı aparılan araşdırmalar narın xərçəng hüceyrələrinin böyüməsini yavaşlatmaqda təsirini ortaya çıxarıb. O, həmçinin sərbəst radikalların zərərini azaltmaqla sağlam hüceyrələrin qorunmasına kömək edir.
  5. Nar liflə zəngin meyvə olduğundan həzm sistemini dəstəkləyir. Qəbizlik kimi problemlərin qarşısını almaqda təsirlidir. Nar yüksək lif və prebiyotik xüsusiyyətləri sayəsində həzm sisteminin nizamlı işləməsinə kömək edir.

    Daimi istehlak bağırsaq hərəkətlərini dəstəkləyərək qəbizlik kimi problemlərin qarşısını alır. Bağırsaqlarda iltihabı azaldaraq Crohn xəstəliyi və xoralı kolit kimi vəziyyətlərə də yaxşı gəlir.

Günel Məlikzadə