-
- Dünən, 18:04
- 62
Azərbaycanın U-19 millisi yenə məğlub oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
News24.az "Unikal"-a istinadla xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma meydan sahibi Kipr seçməsi ilə üz-üzə gəlib. Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələni dördüncü – sonuncu pillədə başa vurub.
Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.