-
- Dünən, 18:20
- 101
Abdülkərim Bardakcı məcburi müalicəyə getdi
“Qalatasaray”ın müdafiəçisi Abdülkərim Bardakcının zədəsinə son diaqnoz qoyulub.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə Superliqasının 14-cü turunda “Eyüpspor”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Abdülkərim Bardakcı 1 ay yaşıl meydanlara həsrət qalacaq.
Təcrübəli futbolçunun sol ayaq biləyindəki sümüklərdə ödəm və ayaq biləyi bağlarında gərilmə zədələri aşkarlanıb.
O, bu zədədən sonra Super Liqa və Avrokubok daxil olmaqla 4 vacib görüşü buraxacaq.
Ağa Dadaşzadə