İsraildən Livana aviazərbə: - Ölənlər var
Dünya
İsrail ordusu Livanın cənubunda iki bölgəyə zərbələr endirib.
News24.az NTV-yə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyi İsrail ordusunun Haris və Taluse bölgələrində həyata keçirdiyi hücumlarda 5 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını açıqlayıb.
Mercayunun Taluse bölgəsinə edilən hücumda 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Onu da qeyd edək ki, İsrailin atəşkəsi pozması səbəbindən H*zbullah xəbərdarlıq atəşi açıb.
Günel Məlikzadə