Ən sürətli "Android" telefonlar bəlli oldu
    • 3-12-2024, 15:40
    • 191

Ən sürətli "Android" telefonlar bəlli oldu

Smartfon almadan əvvəl ətraflı araşdırma aparmaq çox vacibdir. Burada deyə bilərik ki, ən böyük prioritet seçdiyimiz modelin yaxşı bir istifadəçi təcrübəsi təqdim etməsi və uzun illər ehtiyaclarımızı qarşılamasıdır. Beləliklə, hazırda ən sürətli orta seqment Android telefonları hansılardır?

News24.az xəbər verir ki, AnTuTu-nun noyabr siyahısına nəzər salsaq, MediaTek və Qualcomm-un şiddətli rəqabətdə olduğunu deyə bilərik. Bu kontekstdə keçən ayın çempionu Snapdragon 7+ Gen 3 prosessoru ilə təchiz edilmiş realme GT Neo 6 SE olub.

Ən yaxşı android telefonlarının siyahısını təqdim edirik:

  1. realme GT Neo 6 SE Snapdragon 7+ Gen 3 16GB/512GB 1409226
  2. OnePlus Ace 3V Snapdragon 87+ Gen 3 12GB/512GB 1406565
  3. Redmi K70E Dimensity 8300-Ultra 12GB/512GB 1349642
  4. realme GT Neo 5 SE Snapdragon 7+ Gen 2 16GB/1024GB 1160517
  5. Redmi Note 12 Turbo Snapdragon 7+ Gen 2 16GB/1024GB 1133725
  6. iQOO Z8 Dimensity 8200 12GB/512GB 971912
  7. iQOO Neo7 SE Dimensity 8200 12GB/256GB 953914
  8. Redmi Note 12T Pro Dimensity 8200 12GB/256GB 869259
  9. Redmi K50 Dimensity 8100 8GB/256GB 825900
  10. iQOO Z9 Snapdragon 7 Gen 3 12GB/256GB 818814

Günel Məlikzadə