-
- 7-08-2018, 15:12
- 963
Təriflənmək üçün ölək... Ölək ki, dəyərimiz qalxsın... - KÖŞƏ
Anar Nağılbazın ölümündə hələ nə qədər cəmiyyət günahlandırılacaq bilmirəm...
Adam yayılan videosuna görə qınaqdan dünyasını dəyişməyib. Əgər sırf o səbəb olsaydı inanın ki, elə həmin gün intihar edərdi ya da nə bilim ürəyi partlayardı... Daha mətbuat konfransı edib "Videodakı mən deyiləm. Həmin adamın xalı var. Sübut üçün isə bir neçə terabaytlıq materiallar əlimdədir" deməzdi. Eyni zamanda da həmin mətbuat konfransında yeni klipini təqdim etməzdi. Yəni o belə sözügedən vəziyyətdən reklam kimi istifadə etmiş oldu.
Heç onun içkidən serroz xəstəliyinə tutulması da cəmiyyətin günahı deyildi. Çünki keçmiş həyat yoldaşı da reperin illərdir müalicə aldığını, həkimin ona içki içmək olmaz deməsinə baxmayaraq pis vərdişindən əl çəkmədiyini deyib.
Deyirlər ki, ölənin arxasınca danışmazlar, amma bir çoxları təsdiq edər ki, Anar Nağılbaz qatıldığı bütün tədbirlərdə (sözügedən videonun yayılmasından öncə) elə içkili qatılırdı. İşsizlikdən gileylənirdi və heç kimin ona dəstək olmadığını deyirdi. Bəs o məşhurlar ki, bu gün medianı, cəmiyyəti Anarın yoxluğunda günahlandırırlar vaxtında niyə ona əl tutmadılar? Axı o elə həmkarlarından da gileylənirdi.
Günahı öz üzərindən atmaq və başqasını suçlamaq insanın xislətində olub və olacaq da...
Yəni rahat olun +18 video isə saytlardan öncə sosial şəbəkələrdə, telefonlarda əl-əl gəzirdi... Sadəcə olaraq necə deyərlər çanaq medianın başında partladı.
Dünən Anar Nağılbazı bəyənməyənlər isə sırf "Like" toplamaq üçün onu tərfiləyir, yalandan gözyaşı axıdır. Heç yasına da qatılmadılar. Anarın yasını elə sosial şəbəklərdə tutdular.
Məhz bu hadisədən sonra əmin oldum ki, bəziləri, sağlığında arxasınca demədiyi söz qalmayan birini, öldüyündə tərifləməyə qadirdir.
Məncə təriflənmək üçün ölək... Ölək ki, dəyərimiz qalxsın...
Allah hamımıza Rəhmət Eləsin!
Teymur Məmmədov