Sabah 35 dərəcə İSTİ OLACAQ
    • 6-07-2019, 13:08
    • 1 069

Sabah 35 dərəcə İSTİ OLACAQ

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorlogiya Departamentindən News24.az-a verilən məlumata görə, iyulun 7-də hava əsasən dəyişkən buludlu olacaq.

Yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 19-24 isti təşkil edəcək.