-
- 3-12-2024, 17:12
- 124
Vüqar Qurbanov direktoru işdən çıxardı - FOTO
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
News24.az xəbər verirki, Qaynarinfo-nun məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Məmmədova Təranə Cabbar qızı vəzifəsindən azad edilib.
Xanım direktor öz ərizəsi ilə işdən çıxarılıb.
Direktor vəzifəsi isə xəstəxananın baş həkimi Abdullayev Elnur Məzahir oğluna həvalə edilib.
Qeyd edək ki, Təranə Məmmədova ötən ilin sentyabr ayında sözügedən vəzifəyə təyin edilmişdi.