Tanınmış jurnalistə Dövlət Komitəsində vəzifə verilib
    • 4-12-2024, 17:04
    • 115

Tanınmış jurnalistə Dövlət Komitəsində vəzifə verilib

Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.

News24.az Modern.az-a istinadla bildirir ki, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.

C.Quliyev əvvəllər “Paritet” qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV-lər üçün çoxsaylı analitik yazılar və şərhlərlə diqqəti cəlb edirdi.