Alla Puqaçova maşını sərnişin platformasına sürdü, olanlar oldu FOTO
    • 7-07-2019, 12:55
    • 818

Alla Puqaçova maşını sərnişin platformasına sürdü, olanlar oldu FOTO


SSRİ xalq artisti Alla Puqaçovanın müdaxiləsi sayəsində Rusiya Dəmir Yollarının rəhbərliyi Riqa vağzalının rəisini işdən qovmayıb. News24.az “Arqumentı i faktı” saytına istinad olaraq xəbər  ki, müğənni bir neçə gün öncə əri Maksim Qalkin və uşaqları ilə birlikdə, vağzalın gözləmə zalı və adamla dolu sərnişin platformasından keçməmək üçün, öz vaqonuna doğru platforma boyu digər maşınların müşaiyəti ilə qara rəngli Maybach avtomobilində hərəkət ediblər. Çoxsaylı pozuntuların əks olunduğu video internetə düşərək sadə istifadəçilərin çoxsaylı etirazına, həmçinin bir sıra məşğurların Puqaçovanın müdafiəsinə qalmasına səbəb olub. Alla Puqaçovaona qatara avtomobillə getməyə şərait yaratmış dəmiryolçuların taleyinə  müdaxilə etməyə məcbur olub. Puqaçovanın müdaxiləsi sayəsində Rusiya Dəmir Yollarının rəhbərliyi Riqa vağzalının rəisini işdən qovmayıb. 


Afaq Mirayiq