2025-də vəziyyət dəyişəcək: dollar həmləsi gəlir
    • Bu gün, 00:52
    • 230

2025-də vəziyyət dəyişəcək: dollar həmləsi gəlir

“2025-ci ildə Trampın hakimiyyətə gəlməsindən sonra dollara alternativlərin axtarılmasına başlanacaq”.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Saxo Bank” çıxış edib.

“Trampın yeni administrasiyası qlobal maliyyə sistemini böyük tariflərlə alt-üst edir. Dünya isə çalışır ki, dollara alternativlər tapsın”, – bankın açıqlamasında yer alıb.

Bankdan bildirilib ki, Tramp administrasiyası süni intellektin məlumat emalı mərkəzinə vergi tətbiq edə bilər, çünki onlara görə, elektrik enerjisinə tələbat artır.

Bankın proqnozları sırasında həmçinin NVİDİA-nın dəyərinin “Apple”la müqayisədə iki dəfə bahalaşması yer alıb. Daha bir şok proqnozun isə OPEK-in ciddi itkilərə məruz qalacağı ilə bağlı olub. Bu itkiləri OPEK-in elektromobil bumuna görə yaşayacağı vurğulanıb.