Bu şokolad şəkər xəstəliyinin dərmanıdır
    • 6-12-2024, 14:00
    • 327

Bu şokolad şəkər xəstəliyinin dərmanıdır

Bir çox insanın sevdiyi qida olan şokoladlar, özünəməxsus dadı və xoş hissləri ilə zövqlə istehlak edilir.

News24.az xəbər verir ki, şokoladın asılılıq yaratmasının bir səbəbi var. Kakaonun tərkibində teobromin var, bu maddə endorfin adlanan kimyəvi maddələrin axını artırır və xoş hissləri təşviq edir.

Şokoladlar üzərində aparılan yeni bir araşdırma onların 2-ci tip diabet riskinə bənzərsiz təsirlərini ortaya qoyub. Həm tünd, həm də südlü şokoladlarda əlavə şəkər, yağ və kalori olsa da, sağlamlığa fərqli təsirləri ola bilər.

Yeni bir araşdırma, hər həftə beş kiçik porsiya tünd şokolad yeməyin 2-ci tip diabet riskini 21% azalda biləcəyini göstərib. Tədqiqat tünd şokolad istehlakının faydalarının sıfırdan beş porsiyaya qədər artdığını söyləyir.

Onu da qeyd edək ki, Çin və ABŞ-da araşdırma aparan tədqiqatçılar tərəfindən hazırlanan "Şokolad istehlakı və tip 2 diabet riski" adlı araşdırma Britaniyanın həftəlik resenziyalı tibb jurnalı BMJ-də dərc olunub.

1986-2021-ci illər arasında təxminən 192 min 28 adam üzərində aparılan araşdırmada şokolad istehlakının 2-ci tip diabetə təsiri, 111 min 654 adam üzərində aparılan araşdırmada şokolad növlərinin (südlü və tünd) təsiri müzakirə edilib.

Şokolad istehlakının 2-ci tip diabetə təsirinin araşdırıldığı qrupda bu tip şəkərli diabet yalnız 18 min 862 adamda, digər qrupda isə 4 min 771 adamda baş verib.

Araşdırma nəticəsində hər hansı şokolad yeyənlərdə 2-ci tip şəkər xəstəliyinə tutulma riskinin şokolad az yeyənlərə nisbətən 10 faiz az olduğu bildirilib.

Kiçik hissələrdə istehlak etmək vacibdir, əks halda faydaları zərərə çevrilə bilər. Digər tərəfdən, südlü şokoladın piylənmə və ya zamanla həddindən artıq çəki artımı ilə əlaqəli olduğu, tip 2 diabetin inkişafı üçün əsas risk faktoru olduğu aşkar edilib.

Günel Məlikzadə