Keçmiş nişanlısına 12 bıçaq zərbəsi vurdu
    • 6-12-2024, 13:17
    • 119

Keçmiş nişanlısına 12 bıçaq zərbəsi vurdu

Türkiyədə Bursadakı ticarət mərkəzinin dayanacağında Batuhan Malay adlı şəxs 22 yaşlı keçmiş nişanlısına 12 bıçaq zərbəsi vurub.

News24.az “Sözcü”yə istinadən xəbər verir ki, hadisə ötən ilin dekabrında baş verib.

Cinayəti törədən şəxs üçün 20 ilə qədər həbs cəzası istənilib.

O, əvvəl keçmiş nişanlısı olan Ayşenur K.-nı izləyib. Dostları ilə ticarət mərkəzində gəzərkən təqib edildiyini anlayan və evə getmək üçün dayanacağa gedən Ayşenur K. Batuhan Malayla mübahisə etməyə başlayıb. Malay cibindən bıçağı çıxararaq qıza 12 bıçaq zərbəsi vurub.

Ayşenur K. xəstəxanada müalicə olunub. Malay hadisədən sonra qaçsa da, qısa müddətdə polis bölməsinə gedib təslim olub.

Rəyinə qarşı müdafiəsi ilə bağlı soruşulan zaman o, keçmiş nişanlısını hələ də sevdiyini, onu hər kəsə qısqandığını deyib.

Həmçinin o bildirib ki, həmin gün bu hadisəni əsəbi olduğu törədib.

Malayın dediyinə görə, onların 3 illik münasibəti olub.

Məhkəmə təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib və qərar qəbul etmək üçün iclası təxirə salıb.//medianews