-
- 6-12-2024, 15:21
- 183
Xəstəxanada faciə! 13 uşaq öldü
Meksikada 3 dövlət xəstəxanası və bir özəl klinikada müalicə alan 14 yaşından kiçik 13 uşaq şübhəli şəraitdə dünyasını dəyişib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqların ilk dəfə noyabr ayında aşkar edilən “Klebsiella oxytoca” bakteriyası nəticəsində öldüyü açıqlanıb, lakin ölümlərin səbəbini təsdiqləmək üçün araşdırmaların davam etdiyi bildirilib.
Səhiyyə orqanları bakteriyanın steril olmayan serum torbalarından keçdiyini təxmin edir.
Bildirilib ki, səhiyyə ocaqlarında 20 “Klebsiella oxytoca” yoluxma şübhəsi var, onlardan 15-i təsdiqlənib, 4-ü şübhəli hal kimi qeydə alınıb, 1 nəfərin yoluxmaması müəyyən edilib.
Bakteriya aşkarlanan uşaqların müalicəsinin davam etdirildiyi bildirilib.
Meksika Səhiyyə Nazirliyi epidemiya xəbərdarlığı edərkən, səhiyyə tənzimləmə agentliyi yerli şirkət tərəfindən istehsal olunan serum torbalarından istifadə etməməyi tapşırıb.