Balakəndə 66 yaşlı kişi bıçaqlandı - Qardaşı saxlanıldı
Hadisə
Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov sərxoş halda qardaşı, 1960-cı il təvəllüdlü Sədrəddin Malahova bıçaqla xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M. Malahov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.