Masallıda ağır qəzada ölən və xəsarət alanların kimliyi məlum oldu - DƏHŞƏTLİ QƏZADAN FOTO- VİDEO - YENİLƏNİB - 2
    • 9-07-2019, 13:50
    • 1 516

Masallıda ağır qəzada ölən və xəsarət alanların kimliyi məlum oldu - DƏHŞƏTLİ QƏZADAN FOTO- VİDEO - YENİLƏNİB - 2

Masallı rayonunda "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən sonuncu 2 nəfərin də adı məlum olub.

Bunlar 1996-cı il təvəllüdlü Məmmədov Gültac Ələkbər oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızıdır.
Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər. 

1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il 
2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il 
3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il 
4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il 
5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il 
6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il
7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il 
8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il
Yaralılar
1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il 
2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci 
/report/

09.49
***

Masallıda "KAMAZ" markalı avtomobilin "Mercedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az APA-ya istinad olaraq bildirir ki, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, toydan qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzada ölənlərin hamısı qohumdur. Ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.  

Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.