Tovuzda qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB
    • 23-10-2019, 18:11
    • 744

Tovuzda qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB

Tovuz rayonunda yol qəzasında ölən və yaralananların adları məlum olub.

Hadisə nəticəsində Qarayev İsmət Şükür oğlu ölüb, Ağayev Qədim Nüsrət oğlu (1997) və Məmmədova Sunay Məqsəd qızı (2005) xəsarət alıb.

***
17:09

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən sərnişin mikroavtobusu ilə toqquşub.

Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin yaralandığı bildirilir. /report/