Taysonun oğlu sükutu pozdu
Maraqlı
Əfsanəvi boksçu Mayk Taysonun oğlu Amir Tayson atasının Ceyk Polla uduzduğu döyüşlə bağlı danışıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, o, döyüşün saxtalaşdırılması ilə bağlı iddialara münasibət bildirib:
“Bəziləri deyir ki, o döyüş saxtalaşdırılıb. Biz bunun saxta olmadığını bilirik. Mayk sadəcə yorğundur. Ceyk hərəkətli idi. Görünürdü ki, Tayson yumruqlarını sıxıb saxlayır, lakin Ceyk sadəcə yaxşı hərəkət edirdi.
Kimsə kiminsə uduzduğunu etiraf etmək istəmədikdə, işlər kiminsə istədiyi kimi getmədikdə, təbii ki, o, yalan nəzəriyyələri quracaq. Bu da onların internetdə dərc etdikləridir. Taysonun gücü 3-cü raunddan sonra bitdi, bu qədər. O, sadəcə, sona qədər dayanmağa çalışdı. Özünü düşünmədən, yaşına baxmayaraq əlindən gələni etdi”.