Kremldən Əsədlə bağlı açıqlama: “Putinin qərarıdır”
    • 9-12-2024, 14:09
    • 142

Kremldən Əsədlə bağlı açıqlama: “Putinin qərarıdır”

Kremlin sözçüsü Dmitri Peskov Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Moskvaya gəlişi barədə danışıb. Peskov Əsədin gəlişini “Putinin qərarı” kimi qiymətləndirib.

News24.az xəbər verir ki, Peskov Putin və Əsəd arasında görüşün gündəmdə olmadığını və mövzu ilə bağlı əlavə edəcəyi əlavə şərhinin olmadığını bildirib.

Peskov Rusiyanın Suriyadakı hərbi bazaları barədə də danışıb.

O, Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyinin necə olacağını söyləməyin hələ tez olduğunu və bunun hakimiyyətin yeni təmsilçiləri ilə müzakirə edilməli bir məsələ olduğunu bəyan edib.

Bəşər Əsədin dünən Suriyadan qaçdıqdan sonra devrilmiş Baas rejimi prezidentinin qəzaya uğrayan təyyarəsinin qalıqları altında öldüyü iddia edilib. Qəzaya uğrayan təyyarənin qalıqlarına isə rast gəlinməyib.

“Reuters” agentliyinə danışan Suriya rəsmiləri Əsədin Dəməşqin müxalif qüvvələrin əlinə keçdiyi gün səhər saatlarında təyyarə ilə Dəməşqi tərk etdiyini təsdiqləsələr də, onun haraya getdiyi barədə heç bir məlumatlarının olmadığını bildiriblər.

Bu gün səhər saatlarında Rusiyanın dövlət xəbər agentliyi TASS Əsəd və ailəsinin Moskvada olduğunu açıqlayıb.

Aynurə