
-
- 9-12-2024, 22:20
- 285
Ata 10 yaşlı oğlunun başına oyun açdı
Moskva yaxınlığındakı Mıtışidə ata on yaşlı oğlunu ağır döyüb,
News24.az Söz.az-a istinadən xəbər verir ki, nəticədə o, ağır bədən xəsarətləri alıb.
“Təqsirləndirilən şəxs oğlu ilə birlikdə mənzildə olarkən qəfil şəxsi ədavət zəminində uşağa ən azı on zərbə vurub, bu da ona ağır bədən xəsarətləri yetirib”, - deyə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.
Azyaşlı xəstəxanaya çatdırılıb.
Ataya qarşı isə “Yetkinlik yaşına çatmayanın sağlamlığına qəsdən ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb. O, həbs edilib.