-
- 9-07-2019, 13:44
- 834
Standartlara cavab verməyən quş ətinin idxalı QADAĞAN OLUNACAQ
"Təəssüflə qeyd edirəm ki, bu gün respublika ərazisində nəmliyi 33 faizə çatan quş ətinə rast gəlinir. Bu da istehlakçıların aldadılmasına səbəb olur. Beynəlxalq standartlara uyğun olaraq həmin şirkətlərə xəbərdarlıq edərək bildirdik ki, nəmlik göstəricisi beynəlxalq standartlara cavab verməyən quş ətinin idxalı qadağan olunacaq".
News24.az-ın xəbərinə görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyn sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O bildirib ki, bəzi şirkətlər idxal etdikləri quş əti məhsullarının nəmlik göstəricisi 10-33 faiz arasında olub. Nəticə etibarı ilə həmin məhsulların hamısı idxalçı ölkəyə geri qaytarılıb.
"AQTA olaraq hesab edirik ki, laboratoriya sahədində inhisarçılıq olmamalıdır", - deyə Qəşqar Təhməzli əlavə edib.
Afaq Mirayiq