Qida Təhlükəsizliyi Agentliyi 400 bağçada monitorinq APARACAQ
    • 9-07-2019, 13:07
    • 1 422

Qida Təhlükəsizliyi Agentliyi 400 bağçada monitorinq APARACAQ

Qida Təhlükəsizliyi Agentliyi 400 bağçada monitorinq aparacaq. 

News24.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhmızli AQTA-nın fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, son zamanlar mediada məlumatlar yer alıb ki, Azərbaycanda uşaq bağçalarına tərəfimizdən hər birinə 1500 manat olmaqla cərimələr tətbiq olunub: "Bəli, uşaq bağçalarına bizim tərəfdən monitorinqlər aparılması xəbəri düzgündür. Qeyd edim ki, respublika ərazisində 1600 uşaq bağçası fəaliyyət göstərir. Onlardan seçim yolu ilə 400-də monitorinq aparılması planlaşdırılır. Məqsəd böyüməkdə olan nəsli sağlam qida ilə təmin etməkdir. Səhiyyə Nazirliyi tərəfindən qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Yəqin ki, bu sənəd təsdiqini tapacaq. Bu təsdiq olunduqdan sonra bağçalarda tətbiqinə əməl olunmalıdır".

AQTA sədri onu da əlavə edib ki, Azərbaycanın bütün regionlarında bağçalara eyni qidanın verilməsi düzgün deyil: "Çünki bəzi regionlarda dəmir çatışmazlığı var. Bu isə nəticə etibarilə əhalidə dəmir defisitinin olmasına səbəb olir. Bu xəstəlik əsas qız uşaqlarında müşahidə edilir. ÜST- nın açıqlamasına görə 2017- ci ildə Azərbaycanda qadınıar arasında dəmir defisitli anemiya 44 faiz təşkil edib. Yaxud da Azərbaycanın bəzi bölgələrində yod çatışmazlığı var".

Afaq Mirayiq