Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki... - Prezidentin köməkçisi
    • Dünən, 11:10
    • 127

Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki... - Prezidentin köməkçisi

Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq: "Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı".