Nəhəng şirkət kütləvi şəkildə işçilərini ixtisar edəcək
Dünya
Texnologiya nəhəngi "Texas Instruments" Texas ştatında yerləşən fabrikində sınaq mərhələsindən sonra kütləvi ixtisara başladığını açıqlayıb.
News24.az xəbər verir ki, bu yeni müəssisə tam gücə çatdıqda gündə on milyonlarla çip istehsal edə biləcək.
Təxminən 60 milyard dollarlıq investisiya ilə inşa edilən texnoloji kompleks SM1 adlanır və planlaşdırılan dörd fabrikin birincisidir. "Texas Instruments" artıq bəzi çipləri müştərilərə göndərməyə başlayıb, ikinci fabrika SM2-nin tikintisi isə davam edir.