Kiyevin ABŞ ümidi də puç oldu: Konqres bu sistemi ləğv etdi
    • Bu gün, 15:34
    • 93

Kiyevin ABŞ ümidi də puç oldu: Konqres bu sistemi ləğv etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci ilin hərbi büdcəsindən Ukrayna üçün "Lend-Lease"i (ABŞ-ın İkinci Dünya Müharibəsindəki müttəfiqlərinə müharibə materialları, ərzaq və digər mallarla yardım etdiyi sistem) silib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova "Facebook"da məlumat verib. Onun sözlərinə görə, "Lend-Lease" bəndi Senatın qanun layihəsində var idi, lakin Nümayəndələr Palatası qanun layihəsinə onsuz səs verib.

Bildirilir ki, hərbi büdcə layihəsi ABŞ Senatı tərəfindən imzalanacaq. Borc-İcarə Aktı hazırkı prezident Co Bayden tərəfindən 9 may 2022-ci ildə uzun hüquqi prosedurlar olmadan silahların Ukraynaya ötürülməsi üçün imzalanıb.

Xatırladaq ki, bundan əvvəl amerikalı politoloq Malek Dudakov ABŞ-ın "Lend-Lease" ilə Ukraynanı 500 milyard dollarlıq (52,8 trilyon rubl) silahla təmin edə bilməyəcəyini irəli sürüb. Ekspert qeyd edib ki, Vaşinqtonun sadəcə olaraq silah üçün o qədər pulu yoxdur. Onun sözlərinə görə, belə sayda raket və tank yoxdur. O, anti-Rusiya sanksiyalarının əlavə tətbiqinin mümkünlüyünə də şübhə edib.\publika.az