-
- Dünən, 23:31
- 144
"Keyfiyyətsiz qidalar onkoloji xəstəliyə səbəb olur"
Dünyada və ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı artır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla News24.az hit.az-a istinadla bildirib ki, bədxassəli şişlərin əmələ gəlməsinin çoxsaylı səbəbləri var:
“Qidalanma ilk yerlərdən birini tutur. Havanın çirklənməsi, içməli suyun keyfiyyətsiz olması, oturaq həyat tərzi, pis vərdişlər, bütün bunlar hamısı onkologiyaya doğru gedən yoldur.
Keyfiyyətsiz qida dedikdə, qidanın içərisində daha çox sərbəst radikalların toplanmasına gətirən qidalar daha çox zərərlidir. Bu cür qidalar "fastfood", müxtəlif konservantlar və sair, hansılar ki, orqanizmdə çoxlu sərbəst radikalların toplanmasına səbəb olur. Onlar isə öz növbəsində genmutasiyalara və gələcəkdə xərçəng şişinin inkişafına gətirib çıxara bilər”.