-
- 10-07-2019, 13:55
- 1 062
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal topladı- FOTO
İyulun 10-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində növbəti yüksək bal qeydə alınıb. Namizədlərdən Gülbəniz İsrafilova informatika fənni üzrə 57 bal toplayıb.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların üçüncü günündə rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edir.
İmtahanlar iyulun 24-dək davam edəcək.
Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.