-
- 15-07-2019, 17:11
- 1 109
Bu günədək 15 797 müəllim imtahanda iştirak edib
İyulun 15-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin idman zalına təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media kapitanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mediatur iştirakçıları imtahanın gedişini yaxından izləyib, onlara imtahan prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Həmçinin, görülən işlər nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artıb.
Məlumat verilib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. İmtahanda 3280 namizədin iştirakı gözlənilir.
Bu günədək keçirilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.
Qeyd edək ki, iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.