-
- 10-07-2019, 14:51
- 1 667
Polis Akademiyası ilə Texniki Universitet arasında protokol İMZALANDI
İnformasiya texnologiyaların sürətli inkişafı rəqəmsal texnologiyaların həyatımıza daxil olması, kompüter şəbəkələrinin qloballaşması yeni növ hüquq pozuntuları silsilsindən olan kibercinayətkarlığın yaranmasına səbəb olub.
News24.az xəbər verir ki, DİN rəhbərliyi tərəfindən də bu sahədə mübarizənin labüdlüyü nəzərə alınaraq, elektron məlumatların cinayətlərin törədilməsində istifadə edilməsinin qarşısını almaq üçün kibercibayətkarlıqla mübarizədə mühüm addımlar atılıb. Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsində Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin yaradılması, DİN-in Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna başlanılması bunun əyani sübutudur.
İnformasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində nəzəri biliklərin artırılması üçün bu sahədə mütəxəssislər hazırlayan alı təhsil müəssisələri arasında əməkdaşlığın, sıx münasibətlərin yaranması günümüzün tələbinə çevrilib. Bütün bunlar nəzərə alınaraq, iyunun 9-dan Polis Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsil sahələrində əməkdaşlığa dair protokolun imzalanma mərasimi keçirilib. Tədbirdə akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, ATU-nun rektor əvəzi, professor Xalıq Yahudov, hər iki təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə DİN Polis Akademiyasının yeni tədris binasında kursantların hərtərəfli təhsil alması üçün yaradılan şəraitlə tanış olublar.
Tədbirdə akademiyanın tarixi və müasir dövünü özündə əks etdirən film nümayiş etdirilib.Daha sonra hər iki ali təhsil müəssisənin rəhbərləri elm və təhsil sahələrində əməkdaşlığa dair protokol imzalayıblar.
Tədbirdə çıxış edən polis general-mayoru Nazim Əliyev ölkədə informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması sahəsində ciddi işlər aparıldığını qeyd edib. O, Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ akt və sərəncamların qəbul edildiyini, bağlanan əməkdaşlıq protokolunun hər iki təhsil müəssisənin professor-müəllim heyətinə bu sahədə öz biliklərini kursant və tələbələrlə bölüşmək üçün geniş imkanlar yaradacağını söyləyib.
ATU-nun rektor əvəzi, professor Xalıq Yahudov qeyd edib ki, milli informasiya ehtiyatlarının qorunması, informasiya sahəsində milli maraqların müdafiəsi milli təhlükəsizlik siyasətinin istiqamətlərindən biri kimi müəyyən edilib. O, rəhbərlik etdiyi ali təhsil müəssisi ilə Polis Akademiyası arasında bağlanan əməkdaşlıq protokolu çərçivəsində bundan sonra informasiya təhlükəsizliyinin təmini problemlərinin elmi-nəzəri əsaslarının birlikdə araşdırılacağını, dünyada bu sahədə görülən işlər və əldə edilən təcrübənin öyrəniləcəyini qeyd edib.
Mərasimdən sonra Polis Akademiyasında “Müasir Cəmiyyətdə İnformasiya Təhlükəsizliyinin Aktual Problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda informasiya təhlükəsizliyinin qanunvericilik bazasının formalaşdırılması, ağıllı elektron dövlətin informasiya təhlükəsizliyi, cinayət qanunvericiliyində kiber təhlükəsizlik və kiber cinayətkarlıqla bağlı məsələlər, vebserverlərə hücum metodlarının analizi mövzularında çıxışlar edilib, təcrübə mübadiləsi aparılıb.