7 miokard infarktından sonra sağ qaldı
    • Bu gün, 00:11
    • 70

7 miokard infarktından sonra sağ qaldı

Rusiyanın Sverdlovsk vilayətində 56 yaşlı kişi 7 ürək tutmasından sonra sağ qalıb.

News24.az medianews.az-a istinadən xəbər verir ki, kişi miokard infarktının nadir fəsadını – ürəyin elektrik fırtınası ilə üzləşib.

Nəbzi dəqiqədə cəmi 30 döyüntü ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Bildirilib ki, ürək damarlarına stent qoyulması üçün təcili əməliyyat aparılıb, kardiostimulyator quraşdırılıb. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə köçürülüb və orada yeni fəsad yaranıb – nəbzi kəskin artıb.

Bundan əlavə, xəstəyə nəbzini tənzimləmək üçün antiaritmik dərmanlar təyin edilib və alınan müalicə nəticəsində vəziyyəti xeyli yaxşılaşıb.