Baş qərargah rəisləri GÖRÜŞDÜ
    • 10-07-2019, 18:08
    • 1 083

Baş qərargah rəisləri GÖRÜŞDÜ

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, habelə hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən Xəzərdə müdafiə qurumlarının qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

Xatırladaq ki, Bakıda işgüzar səfərdə olan V.Gerasimov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə danışıqlar aparacaq.