Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səudiyyə Ərəbistana səfər edəcək
    • 5-04-2019, 18:03
    • 980

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səudiyyə Ərəbistana səfər edəcək

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə aprelin 6-da bu ölkəyə rəsmi səfər edəcək. 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, səfər çərçivəsində dövlət rəsmiləri ilə keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.