Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU – FOTO
    • Bu gün, 11:00
    • 217

Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU – FOTO

“Ofeliya Sənaninin səhhətində ciddi narahatlıq yoxdur”.

News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında tanınmış diktor, Xalq artisti Ofeliya Sənaninin qardaşı deyib.

O bildirib ki, ötən gün ani olaraq qan təzyiqi qalxan Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Xalq artistinin sabah xəstəxanadan evə buraxılmasının planlaşdırıldığı vurğulanıb.

***

Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

News24.az “Axşam.az”a istinadən xəbər verir ki, ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.

O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.

Məlumata görə, 83 yaşlı aparıcının ağciyərində problem yaranıb.

Xatırladaq ki, aylar öncə də Xalq artisti infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.