-
- Bu gün, 15:12
- 119
Siyasətçilərin təhqiredici mesajları üzə çıxdı – Hökumətdən qadağa QƏRARI
Şotlandiya hökumət işçilərinin telefonlarında “Votsap”, “Signal” və “Facebook mesencer”i kimi rəsmi ünsiyyətdən başqa məqsədlər üçün istifadə edilən mesajlaşma proqramlarını qadağan etmək qərarına gəlib.
News24.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ilin yazında qüvvəyə minməsi gözlənilən bu qadağadan sonra bu tətbiqlər rəsmi cihazlardan tamamilə silinəcək.
Qeyd edək ki, pandemiya dövründə bu tətbiqin istifadəsi tənqidlərə və araşdırmalara səbəb olmuşdu.
Siyasətçilərin koronavirus epidemiyası zamanı “Votsap” dan istifadə etməsi böyük müzakirələrə səbəb olub. “Meta”ya məxsus bu proqramdan istifadə edən bəzi siyasətçilərə qarşı iddia qaldırılıb və istintaqda təhqiramiz mesajlar da üzə çıxıb.
Şotlandiyanın daxili işlər naziri Humza Yousaf təhqiredici mesajlarına görə xüsusi nəzarətə məruz qalıb.
Aynurə