Hindistan Ermənistana yeni raket partiyası göndərdi

Hindistan Ermənistana yeni raket partiyası göndərdi Dünya

Hindistan Ermənistana "Pinaka" idarə olunan raketlərinin ilk partiyasını göndərib.

News24.az xəbər verir ki, Hindistanın müdafiə naziri Rajnath Sinqh ilk raket partiyasının göndərilməsi mərasimində iştirak edib.

Qeyd olunur ki, Ermənistan əvvəllər Hindistanla idarə olunan raketlərin və digər müdafiə avadanlıqlarının ixracını da əhatə edən dörd Pinaka batareyasının tədarükü üçün müqavilə imzalayıb.

2024-cü ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının 600 milyon dollara çatdığını bildirib.

Əvvəllər Ermənistan Hindistandan Pinaka çoxməqsədli raket sistemləri, Konkurs tank əleyhinə raket sistemləri (Rusiya lisenziyası ilə Hindistanda istehsal olunub), eləcə də 80 mm-lik haubitsalar və digər silahlar alıb.