Qadın ölü doğulan körpəsini yanacaqdoldurma məntəqəsində atıb qaçdı
    • Bu gün, 00:05
    • 194

Qadın ölü doğulan körpəsini yanacaqdoldurma məntəqəsində atıb qaçdı

Meksikalı Zavala Lopez adlı qadın doğuşdan sonra ölmüş uşağını yanacaqdoldurma məntəqəsinin tualetində atıb.

News24.az sonxeber.az-a istinadən xəbər verir ki, müşahidə kameralarının görüntülərində qadının tualetdən istifadə etmək üçün səhər saatlarında yanacaqdoldurma məntəqəsinə daxil olduğu görünür.

Kadrlarda Zavala Lopezin təxminən 15 dəqiqə qaldıqdan sonra yanacaqdoldurma məntəqəsindən çıxdığı görünür.

Müstəntiqlərin sözlərinə görə, müştərilərdən biri daha sonra tualetdən ölü uşaq tapıb və bu barədə məlumat verib.

Polis körpənin adını və ya ölüm səbəbini açıqlamasa da, onun tapılmazdan təxminən bir saat əvvəl ölü doğulduğunu təxmin etdiyini bildirib.

26 yaşlı Zavala Lopez bir müddət sonra avtobus dayanacağında saxlanılıb.

Saxlanılan Zavala məhkəmə tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilib.